“Belələri ilə nəinki su qıtlığını aradan qaldırmaq, heç bir çaynik su gətirməyə də getmək olmaz…”-MİLLƏT VƏKİLİ “SU MƏMURLARI”NI YIXIB-SÜRÜDÜ…

Bakıda hansısa məmur büdcədən pul qoparmaq üçün oyun quracaq, Biləsuvarda vətəndaş yayın qızmarında kanala su gəlişini gözləyəcək! Vallah əladır! Bundan əvvəl də demişdim, bir daha yazıram, Azərbaycanda su qıtlığından daha böyük problem Bakıda, bəli, məhz Bakıda bəzi yarıtmaz məmurların fəaliyyətsizliyidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Təsəvvür edin, cənab Prezident özü qeyd edir ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək.Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir…”.

Bu, birmənalı olaraq cənab Prezidentə və Azərbaycan xalqına xəyanətdir. Belələri ilə nəinki su qıtlığını aradan qaldırmaq, heç bir çaynik su gətirməyə də getmək olmaz. Səsimizə həmişəki kimi səs verdiyiniz üçün təşəkkürlər, cənab Prezident! Azərbaycan vətəndaşının yeganə ümidi Sizsiz!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycanda, o cümlədən, Biləsuvrada su qıtlığını, su problemini ən çox dilə gətirən millət vəkillərindən biri (və birincilərdən) məhz B. Məhərrəmovdur.

O, həm parlamentdəki çıxışlarında, həm mətbu açıqlamalarında (o cümlədən, Etikxeber.az-da), həm də sosial şəbəkə paylaşımlarında dəfələrlə bu məsələyə toxunub, aidiyyatı qurumları təxirəsalınmaz tədbirlər görməyə, vəzifələrini icra etməyə səsləyib.

Etikxeber.az

Read Previous

“Bu, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olmasının, düşmənin bütün murdarlıqlarına layiqli cavab verildiyinin və veriləcəyinin əyani nümayişi oldu”-MİLLƏT VƏKİLİ

Read Next

“Bu, çox ciddi xəbərdarlıqdır, çoxları bundan ciddi dərs, nəticə çıxarmalıdır və su problemi minimuma endirilməlidir…”-DAHA BİR MİLLƏT VƏKİLİ SU PROBLEMİNDƏN VƏ “SU MÜŞAVİRƏSİ”NDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir