Belə düşündünüzmü heç?.. Qənirə Paşayevadan növbəti yazı

Hər il təşkil edilən “Ən yaxşı buğda” yarışmasını yenə eyni kəndli qazanmışdı. Yarışmanı izləyən jurnalistlər kəndlidən bu uğurunun sirrini öyrənmək istədilər. Kəndli: “Mənim sirrim öz buğda toxumlarımı qonşularımla paylaşmağımdan ibarətdir” – dedi. Bu cavaba olduqca təəccüblənən jurnalistlər: “Əlinizdəki keyfiyyətli toxumları rəqiblərinizlə paylaşırsınız? Amma belə bir şeyə nə üçün ehtiyac duyursunuz?”- deyə, soruşdular.
“Niyə də olmasın?” – kəndli dedi. – Bilmədiyiniz bir şey var, rüzgar yetişməkdən olan buğdadan poleni alır və tarladan tarlaya daşıyır. Bu səbəblə qonşularımın pis buğda yetişdirməsi mənim məhsulumun da keyfiyyətinin aşağı olması deməkdir. Eyni zamanda, gələcəkdə mənim məhsulumun
keyfiyyətinə də pis təsir edə bilər. Ona görə də əgər ən yaxşı buğdanı yetişdirmək istəyirsəm, qonşularımın da yaxşı buğdalar yetişdirməsinə yardımçı olmağım gərəkdir.”
P.S: Cəmiyyətdə belə düşüncəli insanların sayı artsa dünya da, yaşamaq da daha gözəl olardı…

Etikxeber.az

Read Previous

“Xəzər”də və Ağsuda qaz təchizatı məhdudlaşdırılacaq

Read Next

Paralimpiya Oyunlarında Azərbaycan medal sayında 19-cu yerə yüksəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir