“Belə gəncliyi olan ölkə çiçəklənməyə, inkişafa qadirdir və…”-TAHİR RZAYEV NƏYİ TÖVSİYƏ ETDİ?

Ağcabədi regional “Asan xidmət” Mərkəzinin təşkilatçılığı və könüllülərin iştirakı ilə keçirdiyimiz onlayn görüş məndə xoş hisslər oyatdı.Gənclərimizin fərdi məsələlər barədə deyil, beynəlxalq vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları, koronavirusa qarşı mübarızə tədbirləri, sosial-iqtisadi inklşaf, gənclərin həyat fəaliyyəti, torpaqlarımızın taleyi ilə bağlı verdikləri suallar onların dünyagörüşündən, yetkinliyindən,yüksək mənəviyyatından, vətənə, xalqa məhəbbətindən, gələcəyə onamından xəbər verir və insanı sevindirir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Arqar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Qeyd edib ki, gənclik, gənclər dövlətin, millətin sabahı, gələcəyidir.

Onun sözlərinə görə, ümumiyyətlə, bütün yaşlı və orta nəslin nümayəndələrinin vətəndaşlıq borcu və vəzifəsdir ki, daim gənclərlə, gəncliklə ünsiyyətdə, təmasda olsun, onları dinləsin, düzgün istiqamətə yönləndirsin.

“O zaman gələcəyimizdən, parlaq sabahımızdan daha əminliklə və rahatlıqla danışmaq olar. Gənclərlə, gənc könüllülərlə olan görüşümüz də məndə bu əminliyi, rahatlığı yaratdı. Yəni, belə gəncliyi olan ölkə çiçəklənməyə, inkişafa qadirdir və bu yolda hər bir gəncə uğurlar arzulayıram”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Hər bir mərhələdə görülmüş işləri xatırlamaqla, mahiyyətini düzgün dəyərləndirməklə yanaşı, perspektiv üçün əsas hədəfləri müəyyən edə bilərik…”-ZİYAD SƏMƏDZADƏ

Read Next

Daha 163 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir