“Belə həssas bir dövrdə vəziyyət bu cür davam etməməlidir”-MİLLƏT VƏKİLİ “AZƏRSU” VƏ “MELİORASİYA” RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ, DANIŞIQLAR APARDI VƏ…-YENİLƏNİB

Biləsuvarda içməli su çatışmazlığı, xüsusən də son günlər vəziyyətin dözülməz həddə çatması ciddi narahatlıq doğurur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, sabah-17 iyun tarixində bir daha məsələni “Azərsu”, habelə Meliorasiya və Su Təsərrüfarı ASC rəhbərliyi ilə müzakirə edəcək.

“Belə həssas bir dövrdə vəziyyət bu cür davam etməməli, bu vaxt itirmədən problemə çarə tapılmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

22:14, 16 iyun

***

“Bu gün Azərsu ASC-nin Sədrinin Birinci müavini cənab Teyyub Cabbarovla telefon danışığımız oldu. Biləsuvar rayonunda son günlər içməli su təminatına dair çətin vəziyyəti bir daha onun diqqətinə çatdırdım. Dərhal mütəxəsislər çağırıldı və ən qısa zamanda imkan daxilində mümkün bütün variantdan istifadə edərək əhaliyə kömək olunacağı vəd edildi”.

Bunu isə B. Məhərrəmov bir az öncə sosial şəbəkə hesabında yazıb.

Qeyd edib ki, həmçinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev ilə telefon söhbəti olub.

“Nəzərə almalıqyılq ki, su qıtlığı bütün ölkəni əhatələyən problemdir, lakin hökumətimizin İran tərəfi ilə ilkin razılığına əsasən, artıq cənub qonşumuz əlavə suyun buraxılması ilə bağlı müəyyən güzəştlərə getməyə razılıq verib. Zakir müəllimin dediyinə görə, bazar günündən etibarən kanallara suyun verilməsini artırmaq imkanı olacaq”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Biznes inkişaf yazarı Nadir Adilmanın kitabları Fransada nəşr və satış-HÜQUQU QAZANDI…

Read Next

“Hazırkı vəziyyətlə əlaqədar bütün səhiyyə işçiləri böyük yük daşıyır, xalqın xilsakarı rolundadırlar”-MÜŞFİQ CƏFƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir