“Belələri şiddətli ictimai qınağa məruz qoyulmalıdır…” – VÜQAR RƏHİMZADƏ

Müdafiə Nazirliyi “MiQ-29” hərbi təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı açıqlama yaydıqdan sonra “sosial şəbəkə müxalifəti” hələ də hadisə ətrafında spekulyasiyaları davam etdirməsi və ictimai rəyi çaşdırmağa cəhd göstərməsi ilə rəşadətli pilotumuzun yaxınlarına mənəvi əzab verir, siyasi ədəbsizlik nümayiş etdirir. 

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Vüqar Rəhimzadə deyib.

O, qeyd edib ki, yerli və xarici hərbi ekspertlərin “qara qutu”dakı məlumatların təhlilləri əsasında qəzanın səbəblərinin açıqlamasına baxmayaraq, “5-ci kolon”un üzvlərinin hələ də antiazərbaycan dairələrinin siyasi sifarişlərini yerinə yetirmələri həm də siyasi əxlaqsızlıqdır.

“Azərbaycan xalqının bu kədərli hadisə ilə bağlı rəşadətli pilotumuzun ailəsinin və yaxınlarının ağrı-acısını, mənəvi əzablarını paylaşdığı bir zamanda radikal müxalifətin “MiQ-29” ətrafında siyasi oyunları davam etdirməsi onların antimilliliyini bir daha sübut edir.

Hər zaman xalqdan ayrı olan, dövlətçiliyimizə qarşı duran antimilli ünsürlərin bu cür əməllərinin gələcəkdə bir daha təkrar olunmaması üçün onlar şiddətli ictimai qınağa məruz qoyulmalıdır…” – deyə, V. Rəhimzadə sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Məmmədova bacıları “İki qəlbin nəğməsi” deyəcəklər – OKTYABRIN 30-DA – FOTOLAR

Read Next

“ONDOQQUZ İL ƏVVƏLİN XATİRƏSİ” – Rafael Hüseynov Elçibəy haqda yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir