“Belələrinə azərbaycanlı demək olarmı?”-DAŞQIN ŞİKAROV -TANINMIŞLARDAN MƏMMƏDYAROVUN OĞLUNUN TOYUNUN MONTAJ OLUNMASINA ETİRAZ

Son zamanlar xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə qərəzli və həqiqətəuyğun olmayan videorolik paylaşılıb. Məqsədli şəkildə hazırlanan və paylaşılan videorolikdə guya nazir Məmmədyarovun erməni musiqisi sədaları altında rəqs etməsi göstərilir. Bu gün dünyada “COVİD-19” pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə bəzilərinin vaxt tapıb hörmətli nazirin “Azəri torpağı” mahnısı sədaları altında rəqs etməsini montaj edərək çirkin niyyətlərini gercəkləşdirməyə çalışıbşlar.

Etikxeber.az-ın xəbərinə görə, bunu sabiq səfir Daşqın Şikarov dilə gətirib.

“Bu addımın kimlər tərəfinfən atıldığı məlum olmasa da, onun azərbaycanlı olduğuna şübhə yaranır. Müqəddəs Ramazan bayramı ərəfəsində saxtakarlığı özünə peşə seçənləri şər-böhtan atmaqdan çəkinməyə və vicdanlı olmağa dəvət edirəm. Ən azından müsəlman olduğumuzu və müqəddəs “Qurani-Kərim”də şər-böhtan atmağın böyük günah olduğunu unutmayaq. Həmin videonun orijinal variantını təqdim edirəm, baxın və özünüz qiymət verin: Azərbaycan musiqisini çixarıb ora erməni musiqisini əlavə edənə nə ad vermək olar, belələrinə azərbaycanlı demək olarmı?”-deyə, o, əlavə edib.

Qeyd edək ki, E. Məmmədyarovun oğlunun toyunun məqsədli şəkildə montaj olunması sosial şəbəkə iştirakçıları, tanınmış şəxslər tərəfindən də pislənilib.

Jurnalist Kamil Həmzəoğlu (Həmidov) öz sosial şəbəkə hesabında bunları yazıb:

” Kişilik, dəyərlər…bu qədərmi ucuzlaşıb? Məmmədyarovu hamı-hamımız tənqid edirik…Düz də edirik…Bəyənənimiz də, bəyənməyənimiz də var…Bu da təbiidir…Amma onun övladının toyuna əl uzatmaq, Azərbaycan mahnısını silib erməni mahnısını əlavə-montaj etmək…hansı əxlaqdan, hansı dəyərdən və kişilikdəndir???? Bu ağıllamı…Qarabağı azad edəcəyik????? Haralardan-haralara gəlib çıxdıq…Allah sonumuzu xeyirə calayacaqmı? Çətin görünür bu gedişlə…”

Etikxeber.az

Read Previous

“Hər iki şirkətin rəhbəri Azərbaycanın yeniliyə, inkişafa və texnologiyaya açıq olmasını yüksək qiymətləndirdi…”-DEPUTAT

Read Next

“Ölkəmiz də məhz bu yolu tutub, insan kapitalına önəm verən ölkələrdən biri olmaq yolunda böyük addımlarla addımlamaqdadır”- MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir