Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Belarusda parlament seçkiləri keçirilir.
Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Belarus Milli Məclisinin Nümayəndələr Palatasına (parlamentin aşağı palatası) seçkilərdə 7 milyona yaxın seçicinin səs verməsi üçün 6 min 18 seçki məntəqəsi açılıb.
Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 484 namizəd mübarizə aparır. Seçkiləri yerli i və beynəlxalq müşahidəçilər izləyirlər. Seçki məntəqələri yerli vaxtla saat 20:00-da başa çatacaq. Seçkinin nəticələrinin bu gecə açıqlanacağı gözlənilir.
***
“Bəzi xarici internet resursları Belarusdakı seçki kampaniyası zamanı destruktiv mövqe tutub“.
BELTA agentliyi xəbər verir ki, bunu isə bu gün keçirdiyi mətbuat konfransında Belarusun informasiya naziri Liliya Ananiç bildirib. Nazir vurğulayıb: “Kütləvi informasiya vasitələri haqqında milli qanunvericilik icazə hədlərini dəqiq müəyyən edir. Hazırda nazirlikdə həmin informasiya sahəsi öyrənilir və bütün destruktiv təzahürlərə hüquqi qiymət veriləcək”.
L.Ananiç qeyd edib ki, seçki kampaniyası zamanı bu mövzunun işıqlandırılması üzrə KİV-lərin davamlı monitorinqi aparılıb. Nazir fəal işinə görə “Belarus Jurnalistlər İttifaqı” İctimai Birliyinə xüsusi təşəkkürünü bildirərək deyib: “Monitorinqin göstərdiyi kimi, dövlət KİV-lərində deputatlığa namizədlər üçün bütün şərait yaradılıb. Ölkəmizdə keçirilən seçki kampaniyasını tam obyektiv və əhatəli əks etdirmək üçün bütün tədbirlər görülüb”.
Etixeber.az