Belarusda seçkilərin qalibi indiki prezident-LUKAŞENKO OLDU, BƏZİ YERLƏRDƏ ETİRAZLAR BAŞLANDI – YENİLƏNİB

Seçkinin ilkin nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib.

Etikxeber.az RİA Novosti-yə istinadən məlumat verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidia Yermoşina “Belarus-1” televiziyasının efirində bildirib.

Qeyd edib ki, Minsk şəhərinin Leninski rayonunda seçicilərin 64% -dən çoxu iştirak edib, Lukaşenko demək olar ki, 67%-dən çox, onun rəqibi Svetlana Tixanovskaya isə təxminən 15% səs toplayıb:

“Brest vilayətinin 4 rayonunda seçici fəallığı 95,7% olub. Burada Lukaşenko səslərin təxminən, 80%-ni, Tixanovskaya isə 3,8%-ni qazanıb”. 

MSK rəhbəri əlavə edib ki, Qomel bölgəsinin 4 rayonun da isə seçicilərin 90%-i Lukaşenkoya, 3,2%-i isə Tixanovskayaya səs verib:

“Daha bir neçə rayonlar üzrə səsvermənin ilkin nəticələri məlumdur. Onların bəzilərində Lukaşenko 90% -dən çox, Tixanovskaya isə 4% səs alıb”.

Onu da qeyd edək ki, seçkilərin ilkin nəticələrinə etiraz əlaməti olaraq, Belarusda, paytaxt Minskdə etiraz aksiyalarının keçirilməsinə cəhdlər edildiyi, bəzi yerlərdə qarşıdurma yarandığı barədə məlumatlar yayılmaqdadır.

***

07:57

***

 İlkin nəticələrə görə Lukaşenko səslərin 80,23%-ni toplayıb.

Bu barədə Belarus MSK-sının rəhbəri bildirib.

Belarus Prezidentinin əsas rəqibi Tixanovskya isə 9,9% səs toplayıb.

Etikxeber.az

Read Previous

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə bəzi sahələrin fəaliyyətinə icazə verildi-BU GÜNDƏN

Read Next

“Lukaşenko “ODKB”-də Putinlə dirəşir, Ermənistana təpinir, bizə ağır silah satır…Bu, az deyil…”-ERKİN QƏDİRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir