Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Samir Şərifov: “Ezamiyyə xərcləri artırılacaq”
Gələn il ölkə üzrə ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub. Bu məsələyə vaxtaşırı baxılır.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitələrinin büdcə ilə bağlı birgə iclasında deputatların irad və təkliflərini cavablandırarkən maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, MM-in İşlər İdarəsi tərəfindən Maliyyə Nazirliyinə müvafiq dəqiqləşmələr üçün məlumatlar təqdim olunub: “Biz bunları nəzərdən keçiririk”.
S Şərifov həmçinin, hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib. O, bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil: “Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”.
Şəhid ailələrinin vərəsə məsələsinə də toxunan S. Şərifov qeyd edib ki, bu məsələlərin maliyyə tutumuna baxmaq lazımdır: “Ümumilikdə bu sahəyə ayrılan dövlət dəstəyi məsələsinə baxmaq lazımdır. Cənab prezident tərəfindən şəhid ailələrinin mənzillə təmin olunması üçün 30 milyon vəsait ayırılıb. Bu da dövlət qayğısının başqa bir istiqamətidir. Ölkə başçımız bu məsələdə həmişə diqqətli olub”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az