“Belarusun Ukrayna kimi əldən çıxa biləcəyini müşahidə edən Kreml Lukaşenkoya qarşı düyməyə basdı…”-POLİTOLOQ

Kremlin son illərdə hansı dövlətin siyasətindən xoşu gəlmir ora muzdlu “Vaqner” qrunun başkəsənlərini göndərir.

Moskva Suriya və Liviyada döyuşlərdə iştirak etdiyi muzdluları indi də gizli şəkildə qardaş adlandırdığı Belarusa göndərib.

Məsələ burasındadır ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək və Aleksandr Lukaşenko yenə hakimiyyətini qoruyacaq.

Görünür, Kremldə artıq Lukaşenkonun tənqidlərindən bezdiklərinə görə onu devirməyə qərar veriblər.

Bunun səbəbi sadədir. Vaxtilə Rusiya ilə sıx inteqrasiya tərəfdarı kimi çıxış edən Lukaşenko 2000-ci illərdən başlayaraq anlamağa başladı ki, Kremlə bərabərhüquqlu tərəfdaş yox, vassal lazımdır.

Belarus prezidenti isə ölkəsini Rusiyanın əlavəsi kimi görmək istəmədi və bundan sonra yollar tədricən ayrıldı.

Bundan başqa, Lukaşenko son bir neçə ildir Qərblə yaxınlaşmağa başlayıb.

Vaşinqton yenidən Belarusa səfirini göndərdi, sanksiyaların bir hissəsi ortadan qaldırıldı və dövlət katibi Mayk Pompeo Minskə Lukaşenkonun ayağına getdi.

Belarusun Ukrayna kimi əldən çıxa biləcəyini müşahidə edən Kreml Lukaşenkoya qarşı düyməyə basdı.

Ancaq Lukaşenko da hərif deyil, muzdluları həbs etdirdi.

Muzdluların içərisində Donbasda separatçılar tərəfdə vuruşanlar da olub.

Bundan sonra Lukaşenko daha sürətlə Rusiyanın təsirindən qopmağa çalışacaq, öz növbəsində Kremlin ona qarşı siyasi, iqtisadi və hərbi təzyiqləri artacaq.

Lukaşenkonun Kremlin təzyiqlərinə tab gətirib-gətirməyəcəyi Avropanın və ABŞ-ın ona verəcəyi dəstəkdən asılı olacaq.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

Britaniya parlamentinin İcmalar Palatasının İnsan hüquqları üzrə Birgə Komitəsinin sədri-ZAHİD ORUCUN MÜRACİƏTİNƏ CAVAB VERDİ

Read Next

“Laboratory of Art komandası”ndan Qurban bayramı ilə bağlı-NƏCİB AKSİYA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir