Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İspaniyanın “Sevilya” klubunun hücumçusu Vissam Ben-Yedder Fransanın “Monako” komandasına transfer olub.
Etikxeber.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, fransız futbolçu üçün “Monako” 40 milyon avro ödəyib.
Ben-Yedder ilə beşillik müqavilə imzalanıb.
Ötən mövsüm “Sevilya”nın heyətində İspaniya La Liqasında uğurlu çıxış edən fransız futbolçu 35 oyunda 18 qol vurub.

İtaliyanın “İnter” və Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç isə Almaniyanın “Bavariya” klubuna keçib.
30 yaşlı yarımmüdafiəçi sonradan birdəfəlik alınması şərti ilə 2019-2020-ci illər mövsümünün sonunadək icarəyə götürülüb.
Bu, Perişiçin Almaniyaya ikinci qayıdışıdır. Təcrübəli oyunçu 2015-ci ilin avqustunda “İnter”ə transfer olunmamışdan əvvəl “Borussiya Dortmund” və “Volfsburq”da çıxış edib.
Qeyd edək ki, İvan Perişiç Xorvatiya millisinin üzvü kimi martın 22-də Azərbaycan yığmasına qarşı AVRO-2020-nin seçmə oyununda sonadək meydanda olub.
Etikxeber.az





