Benzinin qiymətində-YENİDƏN ARTIM?!

Sabahdan (15 sentyabr tarixində) Azərbaycanda “Aİ-95” (“Premium”) və “Aİ-98” (“Super”) markalı benzinin qiymətlərinə dəyişiklik ediləcək.

Etikxeber.az-ın məlumatına görə, “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manat, “Aİ-98” markalı benzinin qiyməti isə 1,9 manat civarında formalaşa bilər.

Lakin bu rəqəmlərin dəqiq olmadığı, qiymətlərin qeyd olunanlardan fərqlənə biləcəyinə dair məlumatlar var. Hələlik məsələ ilə bağlı aidiyyəti qurumlar hər hansı açıqlama verməyib. Qiymət dəyişikliyinə dair rəsmi məlumatın sabah yayılacağı gözlənilir.

Hazırda “Premium”un 1 litrinin qiyməti 1,45 manat, “Super” markalı benzinin qiyməti isə 1,6 manatdır (APA).

Etikxeber.az

Read Previous

18 yaşında Şəhid olan 3 medallı-PƏRVİZ NOVRUZOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR

Read Next

4 medallı Cəmil Məmmədlinin Şəhidliyindən 11 ay keçir-ŞƏHİDİMİZİN İLİNƏ BİR AY QALIR – BU GÜN MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir