Berluskoni “Montsa” futbol klubunun yeni sahibidir…

Əvvəllər “Milan” futbol klubunun sahibi olmuş İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni italyan çempionatının üçüncü dəstəsində çıxış edən “Montsa” komandasını satın almaqla bağlı danışıqları başa çatdırıb.

Etikxeber.az xəbər verir ki, bu məlumatı “Football Italia” portalı klubun mətbuat üçün açıqlamasına istinadla yayıb.

“Montsa”nın icraçı direktoru bundan əvvəl “Milan” klubunun vitse-prezidenti olmuş Adriano Qalliani təyin edilib. Klubun səhmdarlarının toplantısında direktorlar şurasının yeni tərkibi də təsdiq olunub.

Berluskoni 1986-cı ildən “Milan”ın sahibi olub.

Onun vaxtında klub səkkiz dəfə İtaliya çempionatının və beş dəfə Avropa Çempionlar liqasının qalibi titulunu qazanıb.

2017-ci ildə Berluskoni “Milan”ı 860 milyon dollar qarşılığında çinli biznesmen Li Yunhuna satıb.

Etikxeber.az

Read Previous

Sahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında erməniləri uddu

Read Next

Döyüş növbətçiliyi daha keyfiyyətli təşkil olunmalıdır – ZAKİR HƏSƏNOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir