“Beşiktaş” klubu tarixində 15-ci dəfə Türkiyə çempionu oldu – FOTO

“Beşiktaş” klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub.

Etikxeber.az xəbər verir ki, Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib.

XXXIII turda “Qaziantepspor”un qonağı olan “qara qartallar” 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran “Beşiktaş” ən yaxın izləyicisi “Başakşehirspor”u 4 xal geridə qoyub.

Qeyd edək ki, “Beşiktaş” 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq.

Etikxeber.az

Read Previous

“Xəzər dənizi hər zaman bayrağımıza baxaraq çırpınacaq və dövlətimiz daha da güclənəcək!” – DEPUTAT

Read Next

Azərbaycanın üçrəngli bayrağının rəngləri İstanbul boğazından bərq vurur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir