“Beşiktaş” Mayanı almaq istəyir…

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.

Etikxeber.az “TRT Spor” saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lill” klubundan Tiaqo Mayanı satın almaq şərti ilə icarəyə götürüb.

“Qara qartallar” mövsümün sonunda braziliyalı yarımmüdafiəçini 10 milyon avroya transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, “Lill” iyirmi iki yaşlı futbolçunu 2017-ci ildə Braziliyanın “Santos” klubundan 14 milyon avroya heyətinə cəlb etmişdi. Braziliyalı oyunçu keçən mövsüm Fransa çempionatında 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

O, cari mövsümdə Fransa Liqa 1-də iki matçda “Lill” formasını geyinib.

Etikxeber.az

Read Previous

“Srvena Zvezda”, “Olimpiakos” və “Dinamo” … – NÖVBƏTİ MƏRHƏLƏDƏ

Read Next

92 və 95-dən az oktan ədədi ilə avtomobil benzini rüsumundan – AZAD EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir