Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-10 dekabr 2024-cü il tarixində, günorta saatlarında Beyləqanlı, Qəhrəmanlı Antiterror Şəhidi Bəruz Rüstəmlinin tək qardaşı, Gizir, keçmiş Xüsusi Təyinatlı Mövlan Rüstəmli ilə Beyləqanlı (əslən Cəbrayıllı), Şahsevənli İkinci Qarabağ Savaşı Şəhidi Vaqif Vüqar oğlu İsmayılzadənin tək bacısı, ali məktəb tələbəsi Əminə İsmayılovanın toy mərasimi (qız toyu) olub.
Toy mərasimi Beyləqan rayonunun Daşburun qəsəbəsində yerləşən “Kənan” şadlıq sarayında baş tutub.
Toyda bəylə gəlinin, hər iki Şəhidin ailə üzvləri, yaxınları, doğmaları, Beyləqanlı, Sumqayıtlı, Füzulili Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, yerli ziyalılar, media mənsubları, Əziz Əzizov başda olmaqla, Beyləqan rayon İcra Hakimiyyətinin və Kamal Həsənov daxil olmaqla, Cəbrayıl rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri və digər qonaqlar iştirak ediblər.
Öncə bəylə gəlin “Vağzalı” və alqış sədaları altında toy zalına daxil olublar.
Ardınca Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himnimiz səsləndirilib.
Sonra çıxışlar, təbriklər başlayıb.
Çıxış edənlər bəylə gəlinin ailəsinə-Şəhid ailələrinə gözaydınlığı verib, yeni cütlüyü təbrik edib, onlara bir ömür boyu xoşbəxtlik və ailə səadəti arzulayıblar.
Təbriklər, xoş arzular və diləklər bir-birini əvəzləyib.
Daha sonra bir-birindən gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Və heç şübhəsiz ki, ən çox sevinən, şadlanan Şəhidlərin-Vaqif İsmayılzadə ilə Bəhruz Rüstəmlinin ruhları olub.
Ruhları yeni cütlüyə, yeni Azərbaycan ailəsinə kömək olsun!
Amin!
***
FOTOLAR:
***
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az