Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yarımmüdafiəçi Qaret Beyl “Real Madrid” futbol klubundan ayrıla bilər.
Etikxeber.az “El Confidencial” qəzetinə istinadla xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan və prezidenti Florentino Peres futbolçunun mütəmadi olaraq zədələnməsindən narahat olduqlarını bildiriblər.
Zidan futbolçunu heyətdən kənarlaşdırmağa razı olsa da, Peres onunla bağlı yekun qərarını açıqlamayıb. Ancaq Peresin də baş məşqçi ilə həmfikir olacağı gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted” Beyli heyətinə qatmaqda maraqlıdır.
Etikxeber.az