Beynəlxalq film festivalının açılışı oldu

Livanın Beyrut şəhərində 16-cı Beyrut Beynəlxalq film festivalının açılışı olub.

Etikxeber.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, festival məşhur amerikalı rejissor Dada Teylorun ekarnlaşdırdığı “The Girls On the Train” adlı filmlə açılıb. Festivalda 31 qısametrajlı olmaqla 76 ekran əsəri nümayiş olunacaq.

Festivalın müsabiqə mərhələsində “Ən yaxşı sənədli film”, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı jüri xüsusi mükafatı” və “Ən yaxşı qısa film” kimi nominasiyalar üzrə mükafatlar veriləcək, birinci yer tutan filmə festivalın xüsusi mükafatı təqdim olunacaq.

Qardaş ölkə Türkiyə festivala dörd qısametrajlı filmlə qatılıb.

Oktyabrın 13-dək davam edəcək festival rejissor Endryu Rossinin “The First Monday In May” adlı filminin nümayişi ilə başa çatacaq.

Etikxeber.az

Read Previous

Qarabağ əlili özünü yandırdı

Read Next

Polad Bülbüloğlu: “Azərbaycan bu cür yanaşma ilə razılaşmır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0