Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycan idman sahəsindəki effektivliyinə görə dünyada birinci yerdədir”.
Etikxeber.az xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin (MM) Gənclər və idman komitəsinin oktyabrın 24-dəki iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan idman ölkəsi olaraq, hər il bu sahədəki uğurlarını daha da artır. “ Azərbycan ildə idman yarışlarında çoxsaylı medallar əldə edir və idman yarışlarında mötəbər yerlər qazanaraq, Azərbaycan bayrağını qaldırırlar. Elə sonuncu Brazilyada keçirilən Yay Olimpiadasında Azərbaycan əldə etdiyi medalların sayına görə, dünyada 13-14-cü yerdə, MDB məkanında ikinci yerdə, İslam dünyasında isə birinci yerdə oldu”– deyə, nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, bununla yanaşı, Azərbaycan idman effektivliyinə görə, dünyada birinci yerdə qərarlaşıb: “Azərbaycan həmçinin, idman sahəsində adambaşına düşən medal sayına görə, dünyada 8-ci yerdədir. Məhz Azərbaycanın idman sahəsindəki bu uğurları dünya idman təşkilatlarının ciddi marağına səbəb olub. Ona görə də beynəlxaql idman qurumları Azərbaycandan dopinq sahəsində ciddi işlər görməyi tələb edir və biz də bu məqsədlə yeni bir qanun hazrılayırıq. Bu qanun dopinqə qarşı mübarizədə öz müsbət nəticəsini verəcək”.
M.B
Etikxeber.az