“Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının üzvüyəm və əmin etmək istəyirəm ki…”-ƏMİNƏ AĞAZADƏ

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında məsələ müzakirəyə çıxarılmışdı. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Sizlərə böyük qürur hissi ilə bildirmək istəyirəm ki, həmin Komissiyanın üzvlərindən biri olaraq mən seçilmişəm. Mənə etimad göstərən başda Milli Məclisin rəhbərliyi olmaqla bütün həmkarlarıma dərin minnətdarlığımı bildirirəm.

Etikxeber.az-ın adıçəkilən Komissiyanın yeni seçilən üzvlərindən biri-millət vəkili Əminə Ağzadə deyib.

“Həmçinin, hörmətli həmkarlarım Adil Əliyevə, Arzu Nağıyevə, Milli Məclis Aparatının rəhbəri hörmətli Səfa Mirzəyevə gələcək fəaliyyətlərində uğurlar diləyirəm.Bir prokurorluq əməkdaşı kimi mən əvvəllər də bu istiqamətdə beynəlxalq səviyyədə fəaliyyət göstərmişəm. Xatırladım ki, mən 2007-ci ildən Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının üzvüyəm və sizləri əmin etmək istəyirəm ki, Komissiyanın gələcək fəaliyyətində də özümün bilik və təcrübəmi mənə göstərilən bu yüksək etmadı doğrultmağa sərf edəcəyəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Guya, işğalçılar bunu başa düşmürlərmi?”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Bəzi banklar və kredit təşkilatlarına müraciət göndərərək, xahiş etmişdim ki…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir