“Beynəlxalq Bank tezliklə özəlləşdiriləcək, lakin…” – NAZİR

“Səhmləri dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”.

Etikxeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bank ilk növbədə balans göstəricilərini “səhmana salmalıdır”. “Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq” – deyə, o, bildirib.

Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi – 76,7%, Aqrarkredit – 14,6%) çatıb.

Etikxeber.az

Read Previous

“Sülh bağlamaq asan olmayacaq…” – TRAMP

Read Next

Deputatlar “Avronest”-də “Metsamor”-un region üçün təhlükə mənbəyi olması məsələsini qaldırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir