Bibisi oğlunu toyda qətlə yetirdi, sonra isə… YENİLƏNİB

İsmayıllı rayonunda qətl hadisəsi törədən şəxs xəstəxanadan qaçıb.

Etikxeber.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Topçu kəndində keçirilən toy mərasimində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov Canpolad Firudin oğlu toy mərasimində spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bibisi oğlu, 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.

Döş qəfəsi, qarın boşluğu və sol bud nahiyəsindən 3 bıçaq xəsarəti alan Hikmət Feyzullayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.

Hadisəni törədən Canpolad Hüseynov bıçaqlanma zamanı öz əlindən xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstərib. Canpolad Hüseynov bibisi oğlunun öldüyünü eşidərək xəstəxanadan qaçıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən Canpolad Hüseynovun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Qeyd edək ki, bir az öncə məlum olub ki, hadisəni törədən Canpolad Hüseynov qaçıb gizlənsə də, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər və cinayətkar “isti izlər”lə tapılaraq istintaqa təhvil verilib.

Etikxeber.az

Read Previous

Obama ABŞ-ın Laosa 2 milyon ton bomba atdığını 43 il sonra etiraf etdi

Read Next

Rafael Hüseynov: “2017-ci ildə Habil bayramı mütləq keçiriləcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir