Biçarə şəhər…İçəri şəhər…Bir azdan da Köçəri şəhər… – DEPUTAT YAZDI

İçərişəhərdə qala divarlarının bir hissəsini söküb kafe tikirlər.

Keçmiş “Sovetski”də tarixi abidələrin bəzilərini uçurdurlar.

Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar…

Hər gün bu cür neqativ informasiyanın içində üzməyimizə rəğmən, bugünkü insana olan biganəliyimizi tarixin daşlarına da qarşı davam etdiririk.

Burada ən acınacaqlısı da odur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri düşünmək istəmir.

Mərhum Vaqif Səmədoğlu əlli il öncənin sökhasökünə məruz qalan İçərişəhəri “Biçarə şəhər” adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq.

Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox.

içərişəhər-1

Çünki Qanundan öncə Qaydalar işləyir və Qanun Qaydanı özünə tabe etdirə bilmir.

Xatırlayırsınızsa, Yasamal rayonunda 20 yanvar metrosuna yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, hamısı bir neçə günün içində məhv edildi.

Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yox.

Yəni, İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir.

Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz.

fazil-mustafa-88

Biçarə şəhər…İçəri şəhər… Bir azdan da Köçəri şəhər…

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

İlham Əliyev – ÇİNDƏ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Siz Çin xalqının çoxdanki dostusunuz” – CİNPİN ƏLİYEV HAQDA BELƏ DEDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir