“Biləsuvar susuzdur! Biləsuvara kömək lazımdır!”-BƏHRUZ MƏHƏRRƏMOV DÖVLƏT QURUMLARINA VƏ MEDİAYA SƏSLƏNDİ

Biləsuvar susuzdur! Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən Parlamentin iclaslarında dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb. Bu gün bir daha aidiyyatı strukturları məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Qeyd edib ki, bu problem yerli orqanların həll edəcəyi məsələ deyil. Biləsuvara kömək lazımdır!

“Bəli, digər rayonlarda su problemi var, lakin, Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan, suyu azalsa da çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur. Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır. Əziz media orqanları, dəyərli dostlar, bu məsələdə hamınızdan səsimizə səs verməyə, problemin həllində dəstəyinizi əsirgəməməyə çağırıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ölkədə professorların, elmlər doktorlarının, fəlsəfə doktorlarının, alimlərin sayı-hesabı yoxdur, amma…”-SABİQ DEPUTAT PROBLEMLƏRDƏN DANIŞDI

Read Next

Sabirabadın deputatı “Köhnə hamam”la bağlı-MƏDƏNİYYƏT NAZİRİNİNİN ƏVƏZİNƏ SORĞU GÖNDƏRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir