“Biləsuvarda COVİD-19-un statistikası əsaslı narahatlıq doğurmağa başlayıb…”-DEPUTAT NÖVBƏTİ DƏFƏ ÇAĞIRIŞ ETDİ

Son günlər rayonda COVİD-19-un statistikası əsaslı narahatlıq doğurmağa başlayıb. Artıq şəxsən tanıdıqlarımız, yaxınlarımız, doğmalarımız virusun qurbanına çevrilməkdədir.Hər birinizi ehtiyatlı olmağa çağırıram!

Etikxeber.az-ın xəbərinə görə, bunu Biləsuvardan millət vəkili seçilən Bəhruz Məhərrəmov dilə gətirib.

O, seçicilərinə, həm də ölkə vətəndaşlarına növbəti dəfə çağırış edib.

“Bilirsiniz ki, hazırda Biləsuvarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilmir. Elə etməliyik ki, bundan sonra da yenidən sərtləşdirməyə ehtiyac qalmasın. Bu isə əslində çətin məsələ deyil, mümkün qədər sosial məsafəyə tələb olunandan da artıq riayət edərək, ehtiyac olmadıqca, qapalı məkanlarda qalmamaqla, qapalı məkanlarda və ünsiyyət zamanı tibbi maskalardan istifadə etməklə tək özünüzü yox ailənizi, yaxınlarınızı, ətrafınızı xilas edin! Bir daha siyasi mövqeyindən, mənsubiyyətindən, inancından asılı olmayaraq hər birinizdən, xüsusən müəllimlərimiz, ziyalılarımız, ağsaqqallarımızdan xahiş edirəm, hər kəs öz çevrəsində bu istiqamətdə təbliğat işini gücləndirsin!Allah xalqımızı, dövlətimizi qorusun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Amerika üçün ən böyük təhlükənin adı çəkildi…”-TƏHLİL

Read Next

“Görməzdən gəlirlər, amma haqq qazandıracaq heç bir arqument və fakt tapa bilmirlər…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir