“Bildirdilər ki, artıq seçim ediblər və…” – MUSA QASIMLI – FOTOLAR

Ostayır və Dəlləkli kənd seçiciləri ilə hərarətli bir görüşüm oldu. Çıxış edənlər həlli vacib olan problemləri qaldırdılar, səslərini mənə verəcəklərini söylədilər. İddiaçı, hörmətli polkovnik- leytenant Xaqani Cəfərovun atası Vədud kişiyə səmimi sözlərinə görə minnətdarlığımı bildirdim.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) üzvü, 72 saylı Yardımlı-Masallı dairəsindən deputatlığa namizəd, professor Musa Qasımlı deyib.

“Daha sonra şəhərdə rayon təhsilinin tanınmış simalarından Etibar Əməşovun qardaşının, Anzov kəndində isə Həsənağa Fətullayevin anasının yas məclisində iştirak etdim”-deyə, o, bildirib.

Həmçinin, əlavə edib ki, növbəti görüşü Yardımlının idarəçilik, təsərrüfat, maarif və mədəniyyət həyatında xüsusi yer tutmuş, adları indi də hörmətlə xatırlanan şəxslərin çıxdığı Şəfəqli kəndində olub.

“Ətraf kəndlərdən də gələn insanların iştirak etdiyi görüş maraqlı və səmimi keçdi. Çıxış edən ağsaqqallar və gənclər ötən illərdəki fəaliyyətimdən razı qaldıqlarını, eyni zamanda arzu və istəklərini söylədilər. Bildirdilər ki, onlar artıq seçim ediblər və səslərini mənə verəcəklər”-deyə, M. Qasımlı sonra bildirib.

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə-GÖRÜŞDÜ – FOTO-VİDEO

Read Next

Seçki bülletenlərinin paylanılmasına haradan başlanacaq? – RƏSMİ AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir