“Bilməliyik ki, qatili ora kim göndərib…” – PUTİN

“Ankaradakı səfirimiz Andrey Karlov  alçaqcasına qətlə yetirilib”.

Etikxeber.az-ın  verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər –  beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb”– deyə, Rusiya prezidenti qeyd edib.

V. Putin Rusiya İstintaq Komitəsi nümayəndələrinin tez bir zamanda Ankaraya gedəcəklərini və türkiyəli həmkarları ilə birlikdə sui-qəsdin araşdırılmasına birgə iştirak edəcəklərini söyləyib:

“Artıq bu barədə türkiyəli həmkarımla telefon danışığı zamanı razılıq əldə olunub. Biz bilməliyik ki, qatili ora kim göndərib”.

Rusiya prezidenti mərhum səfirin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı göstəriş verib.

Etikxeber.az

Read Previous

Fazil Mustafa: “Türkiyəmizə qarşı ən alçaq üsullarla mübarizə aparırlar”

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir