Binəli Yıldırım: 8 adam həyatını itirib

Bu gün Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina hücüm olub.

Etikxeber.az-ın  “Bir Gün” qəzetinə istinadən verdiyi xəbərə görə, partlayışla bağlı baş nazir Binəli Yıldırım jurnalistlərə məlumat verib.

O, bildirib ki, bu səhər Türkiyə vaxtı ilə saat 08.00-da terrorçu şəxs və ya şəxslər Bağlar rayonunda terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina hücüm edərək, binanı partladıblar:

“Nəticədə 8 nəfər ölüb. Ölənlərdən 2 nəfəri polis, 6 nəfəri isə mülki şəxslərdir. Bir terroris isə məhv edilib. 100-dən çox insan yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Artıq yaralıların bir qisminə, yəni 93 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb”.

Etikxeber.az

Read Previous

“Qanun layihələrdən biri problemli bankların idarə olunması ilə bağlıdır” – Aslanlı

Read Next

“ABB idarə olunacaq səviyyəyə qədər kiçildilib…” – Rüfət Aslanlı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir