Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah Türkiyədə hakim AKP-nin növbədənkənar qurultayı keçiriləcək.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qurultayda partiyanın yeni genəl başqanı seçiləcək və yeni yönətimi formalaşdırılacaq.
Qurultayda AKP-nin qurucularından olan cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan yenidən partiyanın genəl başqanı seçiləcək.
Partiyanın hazırkı genəl başqanı-baş nazir Binəli Yıldırım isə qurultaydan sonra genəl başqan vəkili olacaq.
Qurultayda həmçinin, AKP-nin keçmiş sədri və sabiq baş nazir Əhməd Davudoğlu, o cümlədən, eks TBMM başqanı Bülənt Arınç iştirak edəcək.
AKP-nin qurucusu olan eks cümhurbaşqanı Abdullah Gülə dəvət göndərilsə də, onun qurulytaya qatılıb-qatılmayacağı hələlik bəlli deyil.
Eyni zamanda, qurultayı 900-dən artıq KİV mənsubu izləyəcək və işıqlandıracaq.
Etikxeber.az