Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakının Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində güclü yanğın başlayıb.
Etikxeber.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyir.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.
Hazırda yanğın davam edir.
Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır.
FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
***
“Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.
Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.
***
Yanğının qarşısı alınıb. Hazırda ərazidə soyutma işləri aparılır.
Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Binə” ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib.
İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.
Etikxeber.az