“Bir anlıq vəziyyəti göz önünə gətirək, yüzlərlə insanın xəstəliyə yoluxacağını və virusun artacağını, onlarla insanın həyatını itirəcəyini təsəvvür edirsinizmi?”-EKS-DEPUTAT YAZDI

Son günlər sosial şəbəkələrdə Azərbaycan polisinə qarşı həqarətlər, mənfi rəylər yaymağa cəhdlər göstərənlər var.

Avropada, Amerikada insanların üzərinə maşın və texnika, vəhşi itlər yürüdən və digər polis zorakılığının qarşılığında Azərbaycan polisini ləkələmək cəhdləri məqsədli şəkildə müxtəlif qrupların təxribatlarını göstərir.

Gəlin polislərimizin son 3 ayda göstərdiyi fədakarlıqları kiçiltməyək.

Pandemiya başlayandan həkimlərimizlə yanaşı, polislərimiz də əsil fədakarlıq göstərir, gecə-gündüz bu xəstəliyin yayılmaması üçün ayaq üstədirlər.

Onlar hər gün minlərlə insanla təmasda olurlar, bunun özü bir təhlükə, riskdir. Ancaq polislərimiz həyatlarını təhlükə və risk altına ataraq vətəndaşların yanındadırlar, onlara əllərindən gələn dəstəyi, köməyi göstərməkdədirlər.

Evində çörəyi olmayana çörək aparır, suyu kəsilən məhəllələrə su maşınlarını yollayırlar. Dərmana ehtiyacı olanlara dərman alıb verirlər, neçə-neçə insanı öz maşınlarında xəstəxanaya aparırlar. Azərbaycan himni səslənəndə farağat dayanıb, qürurla iftixar ünvanına çevrilirlər.

Azərbaycan polisi hər zaman dövlətin və xalqın şərəf və qürur mənbəyi olubdur. 102 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.

Ulu öndər Heydər Əliyevin müdrik bir deyimi var, “Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.

Müstəqilliyin ilk illərində dövlətimizin suverenliyi təhlükə altına düşəndə polis öz şərəfli xidməti borcunu ödəyib.

Qarabağ müharibəsi başlayanda ilk öndə gedənlər sırasında yüzlərlə polis olub, bu Vətən savaşında neçə-neçə polisimiz şəhid olub.

Respublikamızdakı ictima-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək istəyən təxribatlara qarşı da ön cəbhədə Azərbaycan polisi dayanıb.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, müstəqilliyimiz qorunub saxlanmasında polsimizin rəşadətini unutmaq lazım deyil.

Bir anlıq polis olmadan vəziyyəti göz önünə gətirək, yüzlərlə insanın xəstəliyə yoluxacağını və virusun artacağını, onlarla insanın həyatını itirəcəyini təsəvvür edirsinizmi?

Polisə hansısa maddə atmaq yox, güllə qarşılamaq lazımdır.

Vaqif ABDULLAYEV,

Eks-deputat, siyasi elmlər doktoru

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejimi yenə uzadıldı-9 RAYON VƏ ŞƏHƏRDƏ DAHA 2 GÜN KARANTİN REJİMİ SƏRTLƏŞDİRİLDİ, KÜÇƏYƏ ÇIXMAQ QADAĞAN OLUNDU…

Read Next

“Qayda-qanun hamı üçündür, hamı ona tabe olmalıdır- burada ərköyünlük, özfəaliyyət qətiyyən ola bilməz”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir