“Bir ata kimi içim qan ağlasa da, oğlumla, onun Şəhidliyi ilə fəxr edirəm, qürur duyuram…Fəxr edirəm ki, Elman kimi bir İgidin, Şəhidin atasıyam!”-ŞƏHİD ELMAN HƏSƏNOVUN ATASI – FOTOLAR

Elman Mehman oğlu Həsənov…

1993-cü il təvəllüdlü…

Ailənin tək oğlu…

Həm də 2 övlad atası…

Qəhrəman Goranboyumun, Qəhrəman Qızılhacılımın daha bir İkinci Vətən Müharibəsi İgidi, Qəhrəman və Şəhidi…

Həm də 2016-cı il Aprel döyüşlərinin iştirakçısı…

Bir bacı, bir qardaş olan Elmangil çox erkən yaşlarında da analarını itiribmiş…

Anaları cavan yaşlarında, cəmi 37 yaşında dünyasını dəyişərkən Elmanın da cəmi 19 yaşı varmış…

Mehman kişi də o vaxtdan-2012-ci ildən övladlarına həm ata, həm ana olubmuş, olub…

2013-cü ildə də Elmanı evləndirib, Elmana toy edibmiş, bütün atalar kimi sevinibmiş…

***

2014-2017-ci illərdə MAXE kimi orduda qulluq edən Elman 2020-ci ildə yenidən, İkinci Vətən Müharibəsindən bir müddət öncə orduya qayıdıb- yenə MAXE kimi…

Və İkinci Vətən Müharibəsinin elə ilk günündə, ağır döyüşlərin elə ilk saatlarında, təxminən 11-12 radələrində çox ağır şəkildə yaralanıb və yolda dünyasını dəyişib, Şəhid olub…

Sentyabrın 27-də və 27 yaşında Şəhidlik məqamına ucalıb…

Şəhidimiz bir gün sonra-Qızılhacılının ilk iki Şəhidindən biri və elə Elmanla bir yerdə-Suqovuşanda Şəhid olan Fariz Məhəmməd oğlu Qurbanovla bir gündə, sentyabrın 28-də torpağa tapşırılıb, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub…

İki övladı, özü kimi, igid balaları-hazırda 7 yaşı olan Elcan və 5 yaşı olan Ayxan ailəsinə, Vətəninə əməanət qalıb…

Elcan çox sakit təbiətlidir, Ayxan isə çox qaynar uşaqdır, bir yerdə dayanmır…

Allah hər ikisini də qorusun, atalarının torpağı sanı yaşasınlar!

***

Bu gün Şəhidimizin ailəsini ziyarət etdik Qızılhacılımın, Goranboyumuzun dəyərli övladlarından, ziyalıarından olan Azad Həsənovla…

Qeyd edim ki, Azadın rəhmətlik atası da Birinci Qarabağ Savaşının iştirakçılarından olub…

Bir daha Şəhidimizin ailəsinə-atası, çox Məğrur və Qürurlu Elman qardaşımıza, Şəhidimizin həyat yoldaşı Samirə xanıma və Şəhimizin qayınanası ilə qayınatasına başsağlımızı verdik, bütün Şəhidlərimiz kimi Elmanın da baş tacımız olduğunu, onun qarşısında daim borclu olduğumuzu bildirdik…

Bəli, Şəhidlərin, Şəhid ailələrinin borcu ödənməz, ödənilməz…

Hər zaman onlara borcluyuq, hər zaman onlara minnətdarıq…

Şəhidimizin atasının dediklərindən:

“Qarabağın, torpaqlarımızın azadlığı, işğaldan azad olunması hamımızın arzusu idi…Vətən torpaqlarımız işğalda olduğu üçün ürəkli danışa bilmirdik…Amma çox şükürlər olsun ki, Şəhidlərimizin, Qazilərimizin, Qəhrəman oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızı işğaldan azad etdik…İndi rahat nəfəs alırıq, indi ürəkli danışırıq…Oğlum da Vətən yolunda Şəhid oldu…Bir ata kimi içim qan ağlasa da, oğlumla, onun Şəhidliyi ilə fəxr edirəm, qürur duyuram…Fəxr edirəm ki, Elman kimi bir İgidin, Şəhidin atasıyam!”

Nur içində yat, Şəhidim, nur içində yatsın, Şəhid Elmanımız!

Məkanın cənnətlik, məzarın behiştlik olsun!

Allah ailənə səbr versin, Allah ailəni, iki igid balanı qorusun!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMDOV)

13.03.2021, Qızılhacılı

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-733 – DAHA 8 ÖLÜM…

Read Next

“Azad olunmuş torpaqlarımızı cənnətə çevirəcək, ölkəmizi daha da şöhrətləndirəcək və xalqımızın tarixinə yeni, unudulmaz səhifələr yaza biləcəyik…”-TAHİR RZAYEVİN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir