“Bir aya bir ailə 190 manatla necə dolana bilər?! Hələ o ailədə 2-3 uşaq varsa…”-SABİQ DEPUTAT

Bir aya bir ailə 190 manatla necə dolana bilər?! Bunu təsəvvür etmək belə ağırdır. Hələ o ailədə 2-3 uşaq varsa.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edib ki, meyvə-tərəvəzin, ətin, yağın qiyməti bəlli, 190 manatdan daha da artmış kommunal xərcləri çıxıb 4-5 nəfər ailə üzvünün sayına bölsən adambaşına bir kilo gilasla bir kilo ərik düşür.

“Bəs insanların nə yediyini, nə içdiyini düşünmürlərmi?! Hələ 190 manatın da hamıya verilmədiyini, indi isə ümumiyyətlə, yardımın dayandırıldığını demirəm…İnsanlar COVİD-19-dan köməksiz vəziyyətdə evlərdə ölür, onları xəstəxanalara qəbul etmirlər, çünki yer yoxdur. Çünki Koronavirusla Mübarizə Fonduna yığılan vəsaitləri gününə 240 manatdan olmaqla, otellərə köçürüblər. Bu günlərdə Gürcüstan əhaliyə yardım məqsədilə daha bir milyard dollar vəsait ayırdı. Heç şübhəm yoxdur ki, bizdə də ayıracaqlar. Boş qalan, qazancından olan otellərinin, AZAL-ın, SİLK WAY-in itkilərini kompensasiya etmək üçün…”-deyə, o, sonra yazıb.

Etikxeber.az

Read Previous

“Sahibə Qafarovanın sədrliyi ilə 6 çağırış MM-in 4 aylıq dönəmini parlament tarixində yeni mərhələnin başlanğıcı saymaq olar”-ELDAR İBRAHİMOV

Read Next

“Parlamentin və onun komitələrinin rəhbərliyi yeni dövrün çağırışlarına uyğun şəkildə formalaşdı…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir