“Bir az kənarda dayanmışdım: Heydər Əliyev yanına çağırdı, harda təhsil aldığımı soruşdu, alnımdan öpdü, sağollaşıb ayrıldıq…”-FATMA YILDIRIM HEYDƏR ƏLİYEVLƏ 29 il ÖNCƏKİ GÖRÜŞÜNDƏN İLK DƏFƏ SÖZ AÇDI…

Hər bir xalqın taleyində elə şəxsiyyətlər vardır ki, onların adı tarixə əbədi olaraq həkk olunur, xatirələrdə, yaşaddaşlarda yaşayır və anıldıqca insana qürur, fəxr hissləri bəxş edir.

Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir!Bu gün böyük öndərimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur. Bu tarixi hər il xalqımız və dövlətimiz böyük təntənə, milli bayram səviyyəsində qeyd edir. Əlbəttə ki, bu da səbəbsiz deyil.

Çünki müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyev bütün həyatını Azərbaycana və Azərbaycan xalqına həsr edib. Bu günkü müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir.

Ulu Öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Biz fəxr edirik ki, müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq.

İnanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmiz daha böyük nailiyyətlətə, zəfərlərə imza atacaq, müstəqil dövlətimiz daha da güclənəcək.

Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, Onun müəyyənləşdirdiyi işıqlı yol dayanır. Ulu Öndər Heydər Əliyev özünün keçdiyi şərəfli həyat yolu, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri ilə hər bir azərbaycanlının qəlbində özünün əbədi abidəsini ucaldıb!!!

Əziz dostlar!

Bir məqamı da vurğulamaq istəyirəm ki, Heydər Əliyev qətiyyətli, uzaqgörən, müdrik dövlət rəhbəri olmaqla yanaşı, qayğıkeş bir insan idi.Mən özümü çox xoşbəxt hiss edirəm ki, Heydər Əliyevlə görüşmək nəsibim olub. İlk görüşümüz 1991-ci ildə oldu.

O vaxt mən tələbə idim, Bakı Dövlət Univerisitetinin fizika fakültəsində təhsil alırdım. 1991-ci ilin qışı idi, o vaxt Ali Sovetin sessiyasının iclasları televiziyada canlı verilirdi. Heydər Əliyev deputat kimi parlamentdə cəsarətli çıxış etdi. Bu da o vaxtkı hakimiyyətin xoşuna gəlmirdi, ona görə də, Heydər Əliyevin çıxışından sonra Ona qarşı qərəzli çıxışlar başladı. Belə qərəzli çıxışlar ailəmizdə nifrətlə qarşılanırdı.

Çünki ailəmizin Heydər Əliyevə çox böyük hörməti var idi. Ali Sovetin həmin iclasının ertəsi gün anamla Qız Qalasının yaxınlığından keçərkən Heydər Əliyevin Qız Qalasının qarşısında bir qrup şəxslə görüşdüyünü gördük. Biz də maşından düşüb Ona doğru getdik. Anam Heydər Əliyevə yaxınlaşıb ona qarşı haqsızlığı pislədiyini dedi və bildirdi ki, Azərbaycanı bu çətin günlərdən Siz xilas edə bilərsiniz, Qarabağ problemini yalnız Siz həll edə bilərsiniz.

Anam xalqımızın məhz Onu rəhbər görmək istədiyini dedi. Heydər Əliyev də hər zaman xalqın yanında olacağını bildirdi. Mən bir az kənarda dayanmışdım. Heydər Əliyev məni yanına çağırdı, harda təhsil aldığımı soruşdu. Bakı Dövlət Universitetinin fizika fakültəsində oxuduğumu dedim.

O söylədi ki, əgər sən fizika ixtisası üzrə oxuyursansa, yaxşı gələcəyin var. O, mənim alnımdan öpdü, sağollaşıb ayrıldıq. Bu görüş mənim həyatımda dərin iz buraxdı, mənim üçün heç vaxt unudulmayacaq an oldu.

İkinci görüşümüz isə Ulu Öndər Heydər Əliyev Prezident kimi “Kaspian-Amerika telekom” şirkətinin açılışında iştirak edərkən oldu. Bütün bunları xatırlamaqda məqsədim odur ki, Heydər Əliyev çox diqqətcil və qayğıkeş insan idi.

Onunla ünsiyyət insana inanılmaz dərəcədə müsbət təsir edir, həyat yolundakı uğurları şərtləndirirdi.

Ümummilli Liderimizin əziz xatirəsini böyük ehtiramla yad edir, ruhu qarşısında baş əyirik!

Fatma YILDIRIM,

Millət vəkili

Etikxeber.az

Read Previous

“AZADLIQ!” hisslərində Heydər Əliyevin rolu: düşünmək və iqtisadi həqiqətləri bilmək üçün-TAHİR MİRKİŞİLİNİN YAZISI

Read Next

Daha 97 yeni yoluxma, daha bir ölüm…-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir