“Bir-birimizə daha da yaxınlaşdıq…” – TAHİR RZAYEV SEÇİCİLƏRİNƏ MÜRACİƏT VƏ MİNNƏTDARLIQ ETDİ – FOTOLAR

Ağcabədidən 5-ci dəfə deputatlığa namizəd Tahir Rzayev təbliğat-təşviqat kampaniyasını uğurla yekunlaşdırıb və bununla bağlı seçicilərinə, Dairə sakinlərinə müraciət edib, minnətdarlıq bildirib.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

Hörmətli seçicilərim, artıq sizinlə təbliğat təşviqat kampaniyasını başa çatdırdım. Ancaq yenə də sizinlə keçirdiyim görüşlərin təsiri altındayam. Çünki hər biriniz ölkəmizin Rəhbərinə, doğma partiyamıza, dövlətə və dövlətçiliyimizə sonsuz məhəbbət nümayiş etdirdiniz, mənə hərtərəfli dəstək verdiniz.Arzu və istəklərimiz, fikirlərimiz üst üstə düşdü, bir-birimizə daha da yaxınlaşdıq.

Bütün bunlara görə Sizlərə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu birlik və həmrəylik seçki günü də özünü göstərəcək və bir nəfər kimi məntəqələrə gəlib səsinizi verəcəksiniz. Sizə uğurlar, can sağlığı və xoşbəxtlik arzulayıram. Tanrı Sizi qorusun!”

Etikxeber.az

Read Previous

“Mən gülürəm” – JALƏ ƏLİYEVANIN İFASINDA…- FOTO-VİDEO

Read Next

Sahibə Qafarova seçki kampaniyasını-UĞURLA BAŞA VURDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir