“Bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki…” – BƏXTİYAR ƏLİYEV

“İstər bakalavr, istət magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə edilməlidir”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin Elm və təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən maliyyələşmənin aparılmaması müəyyən problemlər yaradır: “Dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlər var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün bizim təhsil müəssisələrində hazırladığımız kadrlar praktikada fəaliyyətə başlayanda artıq elmi nailiyyətlərinə sıfırdan başlayacaqlar”.

B.Əliyev sonra bildirib:

“Bu gün Azərbaycan dövlətinin bir məqsədi var. Bu da yüksək texnologiyalar cəmiyyətini formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirməkdir. Yüksək ixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir. Keyfiyyət üçün yaxsı vəsait qoyulmalıdır ki, keyfiyyət də əldə edək. Əlbəttə, Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. Azərbaycanda güclü elmi laboratoriya yaratmaq istəyiriksə, bu məsələyə baxılmalıdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı – ya ali məktəblərdə ixtisaslaşma, differensilaşma getməlidir, ya da qrant layihələri istiqamətində yeni qanun layihəsi üzərində düşünməliyik ki, bu layihələrlə konkret mexanimzlər işləyib hazırlaya bilək”.

Etikxeber.az

Read Previous

“Bakı kəndlərində qızlar kütləvi şəkildə təhsildən yayındırılır ki…” – GÖVHƏR BAXŞƏLİYEVA

Read Next

“Müəyyən çətinliklər olacaq, amma…” – HADİ RƏCƏBLİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir