“Bir çox mənasız proqramların yerinə kinonun inkişafı ilə bağlı ciddi proqram qəbul edilib icraya yönəlməliydi…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Bu gün 2019-cu ilin büdcəsinin icrası ilə bağlı müzakirələrdə əsasən dövlət satınalmalarında tenderlərin qeyri-şəffaf keçirilməsi, inhisarçılığın iqtisadiyyata böyük zərbə vurduğu, hökumətin təcili özəlləşdirmə şərtlərini yüngülləşdirərək sahibkarlığın stimullaşdırılmasına diqqət yetirməsinin zəruriliyindən danışdım. Pandemiya başa çatdıqdan sonra iqtisadi problemlərin daha qabarıq özünü göstərəcəyi, yoxsullaşmanın artacağı zəminində sosial gərginliyin ölkə üçün narahatlıq yaradabiləcəyini indidən proqnozlaşdırmaq olar. Büdcə sənədində 26-ya yaxın dövlət proqramının qeyd olunmaması və bir çox hallarda bu proqramların icrasının natamam qalması düşündürücüdür. Xüsusilə də təhsilin rəqabətliliyi ilə bağlı dövlət proqramının icra vəziyyətinin ürəkaçan olmaması, eləcə də uşaqların məcburi dipanzerizasiyası ilə bağlı dövlət proqramının uğursuz ucrası onu göstərir ki, bu proqramlar üzərində nəzarət yetərli səviyyədə deyil.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, deyib ki, bir çox mənasız proqramların yerinə kinonun inkişafı ilə bağlı ciddi proqram qəbul edilib icraya yönəlməliydi.

“Hökumətin əsas enerjisi pandemiya dövründə sosial vəziyyətin yaxılaşdırılması tədbirlərinə yönəlsə də, regionların inkişafına diqqət yetirilməlidir. baxın, bizdə öncə 200 min, ardınca 600 min əhalinin 190 manat müavinəti almağa ehtiyacı olduğu bildirildi. Regionların inkişafı ilə bağlı nə qədər proqramlar icra olunub, lakin vətəndaş kənddə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq yerinə şəhərdə lümpen vəziyyətdə yaşamağa üstünlük verir. Bu o deməkdir ki, bölgələrdə infrastruktur effektli qurulmayım. Salınan yeni sənaye müəssisələrinin ixrac potensialı olan məhsuluna rast gəlmək olmur. Bu o deməkdir ki, bu cür müəssisələrin məqsədəuyğunluğu ciddi araşdırılmır…”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Müharibə qərarı verilsə, bu kimsədən soruşulmayacaq və kimsənin provokasiyası da həmin qərarın verilməsində katalizator rolunu oynaya bilməz”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Guya, işğalçılar bunu başa düşmürlərmi?”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir