“Bir dəfə Birinci katib, bir dəfə Nazirlər Soveti sədrinin birinci müavini, bir dəfə isə Prezident kimi rayonumuza gəlmişdi…”-DEPUTAT – FOTOLAR

Ulu öndərimiz daim Xaçmaz rayonuna diqqət göstərmişdir.

Ümumilli lider Heydər Əlirza oğlu Əliyev fəaliyyətdə olduğu dövrlərdə üç dəfə rayonumuzda işgüzar səfərlərdə olmuşdur.

Onun hər gəlişi müxtəlif vəzifələrdə çalışdığı dövrlərə təsadüf etmişdir.

Belə ki, Heydər Əliyev ilk dəfə 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən rayonumuza səfər etmiş, səfəri zamanı xaçmazlılarla görüşmüş, rayonda gedən quruculuq işləri ilə tanış olmuşdur.

İkinci dəfə 1983-cü ildə rayonumuza səfər edən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı.

Gəlişi zamanı Ulu öndər Heydər Əliyev Böyük Vətən, İkinci Dünya müharibəsi veteranları və onların ailə üzüvləri ilə görüşmüş, Xaçmaz heyvandarlıq kombinatında və daha sonra isə Yalama – Nabran zonasında olmuşdur.

Üçüncü dəfə isə 1998 -ci ildə rayonumuza səfər edən Ümumilli lider Heydər Əliyev artıq Müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışırdı.

Prezident seçkiləri öncəsi rayonumuza səfər edən Heydər Əliyev seçiciləri qarşısında çıxış edərək, rayonumuzun və eləcə də, bölgəmizin sakinlərinə dərin etiramını bildirmişdir.

Allahdan Ulu öndərimizə rəhmət diləyir, davamçısı cənab Prezident İlham Əliyevə can sağlıqı arzulayırıq.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Baxın görün, burada qalan camaat artıq nə haldadır, nə vəziyyətə düşüblər…”-TURAL OZANDAN VİDEDOMÜRACİƏT

Read Next

“Nə yaxşı ki…”-KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir