“Bir daha nümayiş etdirdilər və sübut etmiş oldular ki, onlar işğalçı, təcavüzkar, bölgədə sülhün, təhlükəsizliyin, bütövlükdə insanlığın düşmənidirlər”-DEPUTAT

Qondarma, quldur, terrorçu və separatçı “DQR” rejiminin istər “seçki şou”su, istərsə Şuşada keçirilən “andicmə maskaradı” təxribatdan, fitkənarlıqdan başqa bir şey deyil. Bu, növbəti erməni həyasızlığıdır, işğalçı, təzavüzkar Ermənistanın, onun sərsəm və boşboğaz, küçə psixologiyası ilə “siyasət yürüdən” baş naziri Nikol Paşinyan və hakimiyyətinin təxribatçı, fitnəkar mahiyyətinin növbəti əyani nümunəsidir. Ermənilərdən, Ermənistandan, Paşinyandan əslində bundan artıq nəsə gözləmək olmazdı. Öz mahiyyətlərinə, məzmunlarına uyğun hərəkət edirlər və etdilər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, bir daha nümayiş etdirdilər və sübut etmiş oldular ki, onlar işğalçı, təcavüzkar, bölgədə sülhün, təhlükəsizliyin, bütövlükdə insanlığın düşmənidirlər.

“Dünya, beynəlxalq ictimaiyyət, ermənilərin, Ermənistanın insanlıq, bəşəriyyət əleyhinə qanlı əməllərinə, cinayətlərinə illərdir göz yumanlar, laqeydlik, biganəlik göstərənlər, özlərini karlığa, korluğa, lallığa vuranlar bir daha gördülər ki, kim işğalçı, kim işğala məruz qalandır, kimi sülh tərəfdarı, kim sülhü əngəlləyən fitnəkar, təxribatçıdır. Ancaq istər ermənilər, istər işğalçı və təcavüzkar Ermənistan və Paşinyan hakimiyyəti, istər onlara gizli və açıq havadarlıq edənlər, istərsə də, laqeydlik, susqunluq göstərənlər bilsinlər ki, bu cür təxribatların, fitnəkarlıqların heç bir xeyri və faydası yoxdur. Harada nə keçirirlər keçirsinlər, Azərbaycanı təxribata çəkə, eləcə də, ən əsası Azərbaycanı öz tutduğu yoldan döndərə, Qarabağ, torpaq məsələsində güzəştə nail ola bilməyəcəklər.

Çünki Qarabağ Azərbaycandır, Azərbaycanındır. Qarabağ və onabitişik işğal olunmuş ərzailər bizim tarixi dədə-baba yurdalarımızdır. Bizik o torpaqların əbədi və əzəli sakinləri və sahibləri. Heç kim bizdən başqa həmin torpaqların sahibi ola bilməyəcək. Dövlət başçımızın da dediyi kimi, Qarabağ Azərbaycanındır və nida işarəsi. Məlum hadisələrdən sonra danışıqlar prosesi yenidən çətinliyə düşsə də, ölkəmiz, dövlətimiz yenə də münaqişənin sülh və danışıqlar yolu ilə həllinə tərəfdardır və öz mövqeyinə sadiqdir. Amma ermənilərin, Ermənistan rəhbərliyinin ağılları başlarına gəlməsə, fitnəkarlıqlarından və təxribatçılıqlarından, işğalçılıq siyasətlərindən əl çəkməsələr, öz layiqli və birdəfəlik cavablarını alacaqlar. Azərbaycan bütün vasitələrdən istifadə etməklə, ermənilərin və Ermənistanın işğalçılığına son qoyacaq, işğal altındakı ərzailərimizi son qarışına kimi, azad edəcək. Bu, birmənalıdır!”-deyə, millət vəkili əlavə edib.

11:01

Etikxeber.az

Read Previous

Azərbaycanda Ramazan bayramıdır-BU GÜN

Read Next

Məmmədyarovla Çavuşoğlu arasında-TELEFON DANIŞIĞI OLUB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir