“Bir daha təsdiqlənmiş oldu ki, ölkə Prezidentinin seçimi, qərarı yerində və zamanında olan bir seçimdir” – ELDƏNİZ SƏLİMOV

Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son 3 illik fəaliyyəti bir daha 21 fevral 2017-ci il Sərəncamının, təyinatının nə qədər doğru və düzgün olduğunu təsdiqlədi. Bir daha təsdiqlənmiş oldu ki, ölkə Prezidentinin seçimi, qərarı yerində və zamanında olan bir seçim, bir qərardır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Ümumiyyətlə, Mehriban xanım Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir. İstər Heydər Əliyev Fondunun rəhbəri, istər millət vəkili, istər UNSESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, istərsə də birinci vitse-prezident kimi Mehriban xanım üzərinə götürdüyü missiyanı və üzərinə düşən işləri, vəzifələri çətinliyindən, asanlığından, sadəliyindən, mürəkkəbliyindən asılı olmayaraq, hamısını şərəf və ləyaqətlə, uğurlu və layiqincə yerinə yetirib, bu gün də bu şərəfli, Azərbaycan xalqı və dövləti naminə xidmət missiyasınıa davam etməkdədir. Mehriban xanım ölkə prezidentinin həyat yoldaşı olmaqla yanaşı, həm də onun ən sadiq və ən sədaqətli silahdaşıdır”-deyən millət vəkilinin sözlərinə görə, onlar qoşa qanad kimi yorulmadan böyük şövq və əzmlə Azərbaycan xalqının və artıq 29-cu ilini yaşayan ikinci müstəqil Azərbaycan dövlətinin inkişafı, intibahı, tərəqqisi, çiçəklənməsi üçün birlikdə çalışır və fəaliyyət göstərirlər.

“Nəticələr, nailiyyətlər, uğurlar da göz önündədir, sayı bir deyil, iki deyil, onlarla, yüzlərlədir. Bunlar da məhz deyildiyi kimi, Mehriban xanımla cənab prezidentin birgə fəaliyyətinin, birgə əməyinin, birgə zəhmətinin nəticəsidir. Bu yerdə onu da xatırladım ki, 21 fevral 2017-ci il təyinatından cəmi bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban xanım belə demişdi:

“Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.

Həmin dövrdən bu günə qədər olan titanik fəaliyyət də məhz bu etimadın tam doğrulduğuna əyani sübut və nümunədir. Azərbaycan cəmiyyəti də bunun şahididir. Bu baxımdan, hər kəs bir daha inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək, növbəti uğurlarına, zəfərlərinə imza atacaq. Mehriban xanıma bundan sonrakı fəaliyyətində də uğurlar və uğurlar arzu edirik”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“PAŞİNYAN MÜNHENDƏ “UNUTDUQLARINI” İRƏVANDA DEDİ…” – Politoloq yazır

Read Next

“3 il öncə, təqvimin elə bu günü…” – JALƏ ƏLİYEVA MEHRİBAN ƏLİYEVANIN BİRİNCİ VİTSE-PREZİDENTLİYİNİN 3 İLİ HAQDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir