“Bir daha xatırladıram ki…” – Pedro Aqramunt

“Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Etikxeber.az APA-nın Avropa müxbirinə istinadən xəbər verir ki, bu sözləri bu gün Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə qurumun sədri Pedro Aqramunt deyib.

Ukraynadakı vəziyyətdən danışan AŞPA sədri bütün üzv dövlətlərdəki münaqişələrinin həll edilməsinin vacibliyini vurğulayıb: “Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, bir daha xatırladıram, bütün münaqişələr… Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər.

Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq”.

Etikxeber.az

Read Previous

Mahmudovun qudası son sözünü dedi: “Haqsızlıqların səbəbkarı Şərifovdur”

Read Next

Müsavatın Məclis üzvü xəstəlikdən 40 yaşında dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir