“Bir Fazil Mustafa ölər, yüzü doğular…”-BƏHRUZ MƏHƏRRƏMOV

Deputat Fazil Mustafaya yönəli şərəfsiz və qorxaq silahlı hücum motivindən asılı olmayaraq iyrənc terror aktıdır və birmənalı şəkildə pislənməlidir. Cinayəti törətməkdə şübhəli bilinənlərin ən qısa zamanda yaxalanacağı və ədalət mühakiməsinə təhvil veriləcəyi şübhə doğurmur.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkili Bəhruz Məhərrəmov bildirib.

Qeyd edib ki, atəş açıb daha sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar və onların sahibləri bu ləyaqətsiz əmələ görə ən ağır formada cavab verəcəklər.

“Bir Fazil Mustafa ölər, yüzü doğular, bu cür iyrənc metodlarla, murdar təxribatlarla qalib dövləti, müzəffər xalqı və Təbrizli-Bakılı bütöv Azərbaycanı kimsə sarsıda bilməz!Allah dəyərli ziyalımıza tezliklə şəfa versin, Fazil bəyi ən qısa zamanında haqq davamızda həmişəki kimi ön sıralarda görmək ümidi ilə!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Hüquq-mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaq”-QƏNİRƏ PAŞAYEVA FAZİL MUSTAFANIN GÜLLƏLƏNMƏSİNDƏN YAZDI

Read Next

Fazil Mustafa güllələndi-AYAĞINDAN VƏ ÇİYNİNDƏN YARALANDI, CİNAYƏT İŞİ BAŞLANDI – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir