Bir il əvvəl itkin düşən şəxsin meyiti sabiq polisin həyətində tapıldı və cinayət işi açıldı – YENİLƏNİB

Salyan rayonunda bir il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, ötən ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.

Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Salyan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.

Hazırda onun xarici ölkələrdən birində gizləndiyi bildirilir.

Faktla bağlı Rövşən Cavadovun həyat yoldaşı Nazənin Cavadova polis tərəfindən saxlanılıb.

R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.

Meyit hazırda Salyan rayon morqunda müayinə edilir.

***

Salyan rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, faktla bağlı dərhal  Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri, təxirəsalınmaz istintaq əməliyyat tədbirləri həyata keçirilir

Etikxeber.az

Read Previous

Dekabrın 29-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

Ronaldo “Globe Soccer Awards” mükafatına layiq görüldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir