“Bir kəmər, bir yol” dünya iqtisadiyyatının inkişafına kömək edəcək” – ZİYAD SƏMƏDZADƏ

Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ukrayna, Polşa və Qazaxıstanda sabiq fövqəladə və səlahiyyətli səfiri Zhou Xiaopinin başçılıq etdiyi Çin nümayəndə heyəti ilə görüşüb.
Etikxeber.az xəbərinə görə, Z. Səmədzadə bildirib ki, Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir:
“Şərq və Qərb arasında körpü rolu oynayan Azərbaycanla Çinin münasibətləri qədim tarixi köklərə əsaslanır. Böyük İpək Yolu bu baxımdan mühüm əhəmiyyətə malikdir.  Eyni zamanda, Azərbaycan Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və inanır ki, bu layihə bütün dünya iqtisadiyyatının inkişafına kömək edəcək”.
ziyad-mikro-1
Komitə sədri sonra bildirib ki, Azərbaycanda Ələt azad iqtisadi zonası haqda qanun qəbul olunub, bununla bağlı böyük yükdaşıma qabiliyyətinə malik olan liman inşa edilib: “Bütün bu proqramlar Azərbaycanla Çin arasında münasibətlərin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə əminlik yaradır”.
Z. Səmədzadə qonaqlara Çinin davamlı iqtisadi inkişaf modeli və bu ölkənin iqtisadi inkişaf təcrübəsinə həsr olunmuş əsərləri barədə məlumat verib və kitabları qonaqlara təqdim edib.
Söhbət zamanı iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının digər aspektləri ətrafında fikir mübadiləsi aparıldı, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
K. HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Read Next

“Azərbaycan ordusu dünyanın ən güclü ordusudur”-BAHAR MURADOVA- VİTSE-SPİKER SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ, APREL ŞƏHİDLƏRİ ANLDI- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir