“Bir müddət idi ki, yadıma bir qrup düşürdü…” – AYDIN MİRZƏZADƏ YAZIR

Vaxtaşırı yadıma vaxtı ilə dərs dediyim qruplar və tələbələr düşür.

Bir çoxu yadımdadır və həmişə bəxtimə yaxşı tələbələrin düşməsinə sevinmişəm.

Bir müddət idi ki, yadıma bir qrup düşürdü.

Xüsusilə də, fəallığı və savadı ilə fərqlənən bir tələbəni xatırlayırdım.

Təəssüf ki, adı və soyadı yadımdan çıxmışdı ( yenə təəssüf ki, bir sıra hallarda ən yaxşı tələbənin adı yadda qalmır).

Bu gün şəhərdə mənə bir nəfər yaxınlaşdı, bu, son zamanlar yadıma düşən o qrupun tələbəsi idi.

Ona hansı fənni, hansı semestrdə və hansı auditoriyada keçdiyimi və onun hansı sırada oturduğunu deyəndə təəccüb etdi.

Ad, soyadını dedi, bəli, indi yadıma düşdü.

Nazirliklərin birində məsul vəzifədə işlədiyini bildirdi.

Uğurlar sizə, gənclər.

Sizlər bizim fəxrimizsiniz!

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu, çox yaxşıdır və düzdür, amma…” – NOVRUZ MƏMMƏDOV

Read Next

Bu şəhər “Avro-2020”nin açılış oyununun onda keçirilməsinə iddia edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir