“Bir müsəlmanın öz canına və ya başqalarının canına zərər vurması…” – DEPUTAT ÇAĞIRIŞ ETDİ

Aşura günü bir müsəlmanın özünə və ya başqalarına zərər verməsi, zorakılıq mahiyyəti daşıyan hərəkətlərə, addımlara əl atması, öz canına və ya başqalarının canına zərər vurması yolverilməzdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“Bu gün-Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Təzəpir Məscidində keçirilən qanvermə aksiyasında hər il olduğu kimi bu il də iştirak etdik”-deyən millət vəkili bildirib ki, tam əksinə, belə bir gündə qan verərək qana ehtiyacı olan şəxslərə dəstək göstərmək, çarəsiz, kimsəsiz insanların yanında olmaq, onların göz yaşlarını silmək, yoxsul, kimsəsiz şəxslərə dəstək olmaq bu günün anlamına daha uyğun gəlir.

“Bu gün axşama qədər qanvermə aksiyası davam edəcək.

İnanırıq ki, gənclərimiz özlərinə və ya başqalarına zərər vuracaq hərəkətlərə, addımlara əl atmayacaqlar, tam əksinə, bugünki qanvermə aksiyasında iştirak edərək xəstələrə dəstək olacaq, kimsəsiz, çarəsiz şəxslərin yanında olacaqlar…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Nazirlərin YAP-da mətbuat konfransları başlanır – SABAHDAN

Read Next

Qida təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi gəlir – AQRAR KOMİTƏ İLK İCLASINI SENTYABRIN 20-DƏ KEÇİRƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir