Qar yağdı – XƏZƏRDƏ DALĞANIN HÜNDÜRLÜYÜ 7 METRƏ ÇATDI – YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)  faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, Milli Hidrometeorologiya Departamentinin saat 16:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Pirallahıda 33 m/s, Tərtərdə 30 m/s, Sumqayıt və Bakıda 28 m/s, Bayıl yamacında 24 m/s, Xaçmaz və Qum adasnda 24 m/s,  Daşkəsəndə 23 m/s; Bərdədə 22 m/s, Çilovda 21 m/s, Ağdam və Nabranda 20 m/s, Zərdabda 18 m/s, Binə və Zabratda 17 m/s, Göytəpə və Şabranda 16 m/s, Neft daşlarında  23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metr olub.

Məlumata görə, Sumqayıt, Bakı, Binə, Zabrat, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Ağsu, Kişçay, Xınalıq, Şabran və  Zaqatalada yağış yağıb.

 Saat 07:07-dən saat 15:53-dək Zaqatalaya 37.7 mm yağıntı düşüb.

Daşkəsən, Gədəbəy, Qırız, Sarıbaş və Şahdağa (Qusar) qar yağıb.

***

Milli Hidrometeorologiya Departamentinin saat 20:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft Daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.

Bildirilib ki, Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkəran, Neftçala, Şabran, Nabranda yağış yağıb. Xaltan, Qırız, Xınalıq və Şahdağda isə qar yağıb.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal-qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

Yığmamız Ermənistana qalib gələrək, Avropa çempionatında – MEDAL QAZANDI – FOTO

Read Next

Ağac qaz xəttinin üzərinə aşıb, 8 bina qazsız qaldı – BAKIDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir