Bir orden və dörd medallı, Mayor-İLKİN ƏHƏDZADƏNİN BÜSTÜNÜN AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 1985-cil doğumlu, peşəkar hərbçi, Mayor, 1 orden və 4 medallı, iki övlad atası İlkin Qələmşah oğlu Əhədzadənin 51 saylı orta məktəbdə büstünün açılış mərasimi olub.

Etikxeber.az xəbər verir ki, səhər saatlarında keçirilən mərasimdə Şəhidin valideynləri, ailə üzvləri, Səbailli Şəhid ailələri, məktəblilər, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi və digərləri iştirak ediblər.

Büstün önünə gül dəstələri düzülüb, əklil qoyulub.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Məktəblilər tərəfindən Şəhidlərə və Vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, eyni zamanda, çıxışlar edilib.

Çıxışlarda İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, İlkin Əhədzadə də daxil olmaqla, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından bəhs edilib.

Şəhidin valideynləri-anası Asəmən xanım və atası Qələmşah kişi də öz növbəsində mərasim iştirakçılarına minnətdarlıqlarını ifadə edib, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:37

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yaponiyadan Ukraynaya 300 milyonluq-YARDIM…

Read Next

Hava şəraiti ilə bağlı əhaliyə-MÜRACİƏT OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir