Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid İlqar oğlu Adıgözəlovun ad günüdür.
Fərid Adıgözəlovun bu gün 31 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Fərid Adıgözəlov 1992-ci ilin 8 sentyabr tarixində Naftalan şəhərində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin 2 oğlan övladından biri olub.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə dönüb, müxtəlif sahələrdə çalışıb.
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE-çavuş kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib, Suqovuşan-Talış kəndi istiqamətlərində döyüşüb və oktyabr ayının 18-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Naftalan şəhər qəbiristanlığında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğurunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
O, həm də ailəli olub.
Bir qız övladı- Gülsurəsi Vətənə əmanət qalıb.
Qardaşı oğlu isə Onun-Fərid Adıgözəlovun adını daşıyır.
***
Bu gün səhər saatlarında Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar edilib.
Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar oxunub.
Bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik edilib.
Eyni zamanda, Şəhidin doğum günü ilə bağlı hazırlanmış tort kəsilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı təşkil edilən məclisdə, çay-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Naftalan və Goranboydan olan Şəhid ailələri, Qazilər, din xadimləri, Naftalan şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
12:34
***
FOTOLAR:








16:00
***











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az