Bir övladı Vətənə əmanət qalan-ŞƏHİD FARİZ ŞIXALIYEVİN TORPAĞA TAPŞIRILMASINDAN BİR İL KEÇDİ…- FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir Şəhidimizin-Şamaxının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Şahverdi oğlu Şıxalıyevin Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Şamaxının Qaravəlli kəndindən olan Fariz Şıxalıyev 1987-ci ildə Rusiyanın Xabarovsk Vilayətində dünyaya gəlib.

1994-2004-cü illərdə Qaravəlli kənd tam orta məktəbində, 2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb.

Fariz Şıxalıyev 2011-ci ildə Silahlı Qüvvələrin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində Gizir hərbi rütbəsi altında xidmətə başlayıb.

2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında xidmətini davam etdirib.

2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində döyüşüb. 

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli,Cəbrayıl, Xocavənd, Qubadlı  və Zəngilan istiqamətində gedən döyüşlərdə  iştirak edib.

Və Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olub. 

Oktyabrın 29-da Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 Fariz ailəli olub, bir oğlan övladı Vətənə əmanət qalıb.

***

Anım Günü ilə bağlı bu gün Fariz Şıxalıyevin Qaravəlli kəndinə anım mərasimi keçiriləcək.

Mərasimdən öncə isə Şəhidin Şamaxı Şəhidlər Xiyabanında məzarı ziyarət ediləcək, Qaravəlli kəndində adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olacaq.

Ziyarətdə, açılışda və anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Şamaxıdan və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

Ruhu şad, məkanı cənnətlik olsun!

00:01

***

Bu gün Fariz Şıxalıyevin öncə məzarı ziyarət olunub, sonra Qaravəlli kəndində adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olub və ata ocağında anım mərasimi keçirilib.

Ziyarətdə, açılışda və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Şəhid ailələri, din xadimləri, hərbçilər və digər şəxslər iştirak ediblər.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

33 yaşında Şəhid olan-HƏRBİ HƏKİM, GİZİR FARİZ ŞIXALIYEVİN MƏZARININ ZİYARƏTİ, ADINI DAŞIYAN “ŞƏHİDLƏR BULAĞI”NIN AÇILIŞI VƏ ANIM MƏRASİMİ – FOTOSESSİYA – YENİLƏNİB

Read Next

Qubalı İkinci Vətən Müharibəsi Şəhidi-MİQDAD ABDULƏLİMOVUN MƏZARININ İZDİHAMLI ZİYARƏTİ VƏ İZDİHAMLI ANIM MƏRASİMİ…- FOTOSESSİYA – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir